İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan prezidenti Rəcəb Tayyib Ərdoğanı hakim AKP-ni parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

ANS PRESS-in Prezidentin Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib, Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

COMMENTS