İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib – YENİLƏNİBFOTO

İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib – YENİLƏNİBFOTO

Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Dövlət başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib və üzərinə gül dəstəsi qoyub.

Məlumat verilib ki, “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilib. Memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” – “Ataların məzarlığı” adlandırılıb.

Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən – memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.

Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.

Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan “Urkun” abidəsi də var.

COMMENTS