İlham Əliyev mətbuat katibini səfir təyin etdi

Prezident İlham Əliyev Elman Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

“Qafqazinfo”nun məlumatına görə, prezidentin digər sərəncamı ilə E. Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. 

Qeyd edək ki, E. Abdullayev XİN-in mətbuat xidmətinə rəhbərlik edib.

COMMENTS