İlham Əliyev Nikol Paşinyanın maskasını cırdı…

İlham Əliyev Nikol Paşinyanın maskasını cırdı…

Nikol Paşinyan cavab verməlidir. İstintaq komissiyası yaradılmalı, Nikol Paşinyanın onsuz da baş nazir olduğu dövrdə nələrin baş verdiyini anlamaq lazımdır.

Virtualaz.org yerli KİV-lərinə istinadən bildirir ki, bunu Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan söyləyib.

A.Aşotyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamaları Nikol Paşinyanın maskasını cırıb.

O bildirib ki, Qarabağ ətrafında baş verən son hadisələr böyük narahatlığa səbəb olur. Siyasətçi hesab edir ki, erməni ictimaiyyəti Nikol Paşinyanın absurd mühazirələrini dinləməyə ehtiyac duymur.

Aşotyan əlavə edib ki, Ermənistan hökumətinin hazırkı Qarabağ strategiyası yenidən hərbi əməliyyatların keçirilmə riskini artırır.

DOSYE.ORG

COMMENTS