İlham Əliyev Nizami rayonuna icra başçı təyin etdi

Prezident İlham Əliyev Nizami Sabir oğlu Hacıyevin Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az saytı xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsi xeyli vaxt idi təyinat gözləyirdi. Belə ki, sentyabrın 10-da Məharət Mustafa oğlu Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

COMMENTS