İlham Əliyev: “Pandemiyaya görə tənəzzülə uğramış tikinti sektoru bərpa edilir”

İlham Əliyev: “Pandemiyaya görə tənəzzülə uğramış tikinti sektoru bərpa edilir”

“Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq”.

Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında söyləyib.

Onun sözlərinə görə, oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir: “Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”.

DOSYE.ORG

COMMENTS