İlham Əliyev yeni prezidenti təbrik etdi

“Ümidvaram ki, iki ölkə arasında əməkdaşlıq daha da genişlənəcək”

 

Prezident İlham Əliyev Livan Nazirlər Şurasının Sədri Tammam Salama təbrik məktubu ünvanlayıb.

ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir: “Livan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm”.

İlham Əliyev Rumıniyanın yeni seçilmiş prezidenti Klaus İohannisi də təbrik edib.

Məktubda qeyd olunur: “Rumıniyanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan və Rumıniyanı möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Ümidvaram ki, xalqlarımızın rifahı naminə istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rumıniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

COMMENTS