İlham Əliyevdən sərt Qarabağ bəyanatı

“Düşmənə layiqli cavabın verilməsi Ermənistanda ciddi təşviş yaradıb”

 

Cəbhə xəttində gərginliyin başlamasından ikinci dəfə cəbhə bölgəsinə səfər edən prezident Ali Baş Komandan İlham Əliyevin bu gəlişi də sərt bəyanatları ilə yadda qaldı. Ölkə başçısı cəbhə xəttində Azərbaycan ordusunun layiqli cavabından qarşı tərəfin təşvişə düşdüyünü vurğulayıb.

ANS TV-nin məlumatına görə, Azərbaycan ərazi bütövlüyünü tezliklə bərpa edəcək.

 

Prezident İlham Əliyev Beyləqanda ictimaiyyət nümayəndələri və gənclərlə görüşündə deyib ki, işğalçı dövlətin atəşkəsi pozması nəticəsində düşmənə layiqli cavab verilməsi Ermənistanda ciddi təşviş yaradıb. Son hadisələr Ermənistandan əhalinin tərk etmək prosesini sürətləndirib.

 

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsilə bağlı mövcud vəziyyətdən danışarkən işğal olunmuş torpaqlarımızın tez bir zamanda azad ediləcəyindən əminliyini vurğulayıb. Azərbaycanın artan iqtisadi, hərbi və digər sahələrdə Ermənistanla müqayisəyə gəlməz gücü buna tam imkan verir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə, virtual cəhətdən biz güclüyük, üstünük bütün sahələrdə özünü biruzə verir.

 

İyulun sonu avqustun əvvəlində qoşunların təmas xəttində yaranan gərginlikdən sonra bu Ali Baş Komandanın cəbhə bölgəsinə olan ikinci səfəridir. Bundan əvvəl Ağdamda ön cəbhədə olan dövlət başçısı hərbçilərlə görüşmüş, Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərinin iştirakı ilə operatvi müşavirə keçirmişdi.

COMMENTS