İlham Əliyevin sərəncamı ilə hakim işdən azad olundu

Azərbaycan prezidenti İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi E.M.Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

 

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir:

“Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin”.

COMMENTS