İlham Əliyev: “Müharibə başlaya bilər”

Dosye.org Modern.az saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Qarabağ bölgəsinə dünənki səfərinin ardından özünün rəsmi Twitter səhifəsində müharibənin yenidən başlaya biləcəyi barədə tvitlər yazıb.

 

“Müharibə hələ bitməyib. Yalnız birinci mərhələsi başa çatıb. İkinci mərhələ də başlaya bilər” -deyə Azərbaycan prezidenti Twitter-də ingilis dilində mesaj verib.
Qeyd edək ki, avqustun 8-9-da Rusiyanın Soçi şəhərində dövlət başçısı Vladimir Putiunin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Prezidentlərin görüşündə gözlənildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, eləcə də son zamanlar cəbhə xəttindəki gərginlik əsas müzakirə predmeti olacaq.

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrenin (Fransa) Soçidəki görüşdə iştirak etməyəcəyi gözlənilir.
İlham Əliyev Soçi görüşü öncəsi Twitter səhifəsində ingilis dilində bir daha bəyan edib ki, Azərbaycan Respublikası bütün işğal edilmiş və dağıdılmış şəhərlərini azad edib, orada bərpa işləri aparacaq.
“Biz o torpaqlara qayıdacağıq, bu amalla yaşayırıq” deyə İlham Əliyev Twitter-də vurğulayıb.

COMMENTS