İlham Şaban: “OPEC rəhbərliyinin bəyanatı ilə bazar hərəkət etmir”

“Bazar şəxslərə deyil, reallıqlara söykənən bir qlobal ticarət məkanıdır”

“Bu qlobal biznes sahəsinə aiddir”. Bunu dosye.org-a açıqlamasında iqtisadi ekspert İlham Şaban LUKoyl” neft şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Neft sahəsində olan bütün bu sıxıntıları nəzərə alaraq şelflərdə çalışmaq üçün özəl şirkətləri bölmək lazımdır” kimi fikrinin dividentlərin aartacağı ehtimalı ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, hər biznesin öz xüsusiyyəti var və hər layihəyə tətbiq etmək olmur: “Bir şirkət üçün, məsələn LUkoyl üçün olduqca effektli nəticə verə bilər. Ancaq Azərbaycanda götürüb BP şirkətini 3 yerə bölsək, axı onun nə effekti ola bilər?”

Ekspert Rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyaların Rusiyada neftin hasilatının səviyyəsinə təsir edərsə, bunun Azərbaycan neft şirkətlərinə təsiri məsələsinə toxundu: “Bu məsələni bir çoxları qarışdırır. Rusiyada neftin hasilatının düşüb-qalxmasının qətiyyət bizə adiyyatı yoxdur. Ümumiyyətlə bizim bağlantımız yoxdur”.

İlham şaban eyni zamanda OPEC-in baş katibi Abdulla əl-Bədrinin “Yaxın günlərdə Neftin qiymətinin yüksəlməyə başlayacaq” kimin proqnozunun gerçəkləşməsi və neftin yenidən bahalaşmasına nəyin təkan verə biləcəyi ilə bağlı da fikrlərini bildirdi: “Hələkiki verilən bu bəyanat bazara zərrə qədər də təsir göstərməyib. Yəni bu o deməkdir ki, OPEC rəhbərliyinin bəyanatı ilə bazar hərəkət etmir. Ona görə də, bazar şəxslərə deyil, reallıqlara söykənən bir qlobal ticarət məkanıdır. Və bu günkü reallıq da, ondan ibarətdir ki, resurslar orada ucuzdur. Onun da daha dərin kökləri var, həm siyasi, həm iqtisadi. Resurs bazarında qiymətlərin yenidən artması üçün yaxın perspektivdə elə də pozitiv imkanlar gözə dəymir…”

COMMENTS