İlk olaraq bu ölkə Ukraynaya hərbi yardım göndərdi: “Döyüş sursatı olan karvan artıq çatıb”

İlk olaraq bu ölkə Ukraynaya hərbi yardım göndərdi: “Döyüş sursatı olan karvan artıq çatıb”

Polşa hakimiyyəti Ukraynaya hərbi yardım göstərmək haqqında qərar qəbul edib.
 
DOSYE.ORG xəbər verir ki bu barədə məlumatı Polşa müdafiə naziri Mariuş Blaşak verib.
Blaşak qeyd edib ki, döyüş sursatı olan karvan artıq Ukraynadadır:
“Ukraynaya təhvil verdiyimiz döyüş sursatı olan karvan artıq qonşularımıza çatıb. Biz ukraynalıları dəstəkləyirik, həmrəyik və Rusiyanın təcavüzünə qəti şəkildə qarşıyıq”- deyə Mariuş Blaşak bildirib.

COMMENTS