İlk qələbəni idmançımız qazandı

Xəbər verildiyi kimi, bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsi start götürüb.

Əməkdaşımızın verdiyi xəbərə görə, 98 kq çəki dərəcəsində güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulub. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. Tatami üzərinə 10:35-də çıxan güləşçimiz o qədər də çətinlik çəkmədən rəqibinə qalib gəlib.

COMMENTS