İlk qar Leriki iflic etdi

İlk qar Leriki iflic etdi

Lerik rayonuna mövsümün ilk qarı yağıb.

ANS PRESS-in məlumatına görə, ötən gecədən başalayaraq yağan qarın qalınlığı mərkəzdə 1-sm, ucqar kəndlərdə 15, dağlarda 25-30 sm-ə çatıb. Bir sıra yaşayış məntəqələrində yağan qar köhnə elektrik naqillərini və dirəkləri sıradan çıxarıb.

Nəticədə rayonun enerji verilişində fasilələr yaranıb. Enerji fasiləsinin yaşandığı Mistan kəndində sakinlər bunu elektrik təsərrüfatının bərbad vəziyyətdə olması ilə əlaqələndirirlər.

Kənd sakinləri deyir ki, elektrik naqillərinin hamısı qırılıb yerə düşüb. Elektrik dirəkləri aşıb. Elektrik naqillərini ağaca bərkidiblər. Sakinlər məcbur olub qazdan istifadə edirlər.

Lerik rayon İcra Hakimiyyətində də yaranmış enerji fasiləsinə rayonun enerji təsərrüfatının köhnə olmasının səbəb olması bildirildi.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, bu gün hazırda rayonun 20 yaşayış məntəqəsi işıqsızdır. Bununla bağlı iş aparılır. Gün ərzində işığın bərpa edilməsi üçün iş davam etdirilir.

Rayon FHK-dan aldığımız son məlumata görə rayonda 10-dan artıq kəndə enerji verilişi hələ də bərpa olunmayıb. Qarın yağması nəqliyyatın hərəkətində problem yaratmayıb.img1660431

COMMENTS