“Ukraynanın Şərqinə xüsusi status vərilməsi əksinə Putinin istəklərinin reallaşmaması və onun öz iddialarından geri çəkilməsi dəməkdir”.
Bunu dosye.org-a açıqlamasında politoloq İlqar Altay Ukrayna hakimiyyətinin Şərqi Ukraynaya müxtariyyət verilməsi məsələsinin Vladimir Putinin qələbəsi hesab etmək olarmı sualına cavab verərəkən deyib. Onun sözlərinə görə, bu qərar əslində Ukraynanın bir dovlət kimi Rusiya tərəfindən tanınması deməkdir: “Ondan asılı olmadan müstəqilliyini və sərbəst olaraq, Qərbə qatılmaq imkanını saxlayır. İkincisi Şərq regionuna verilən istənilən status həmin regionu Ukrayna dövlətinin inzibati ərazi vahidi kimi saxlayır. Məsələn Çeçenistanın RF tərkibində ərazi vahidi olması kimi. Azərbaycan Dağlıq Qarabağa da bu statusun verilməsinə çoxdan razıdır. Lakin İrəvan və Moskva buna razılıq vermir. Nəticə etibarilə Ukraynanın ərazi bütövlüyünün saxlanıması, Donbas hövzəsinin Ukrayna ərazisində qalması və status məsələsi ilə razılaşması Putunin bu qədər zamandır verdiyi çabalarının hədər gətməsi dəməkdir. Ukrayna xalqı Yanukoviçi qovub azad yol seçimi edərkən bu ölkənin Şərqində qanlı təlatümlər törətmək əslində elə Putinin məqsədi idi: Ukraynanı öz təsiri altına salıb tabe etdirmək. Bu olmasa, dövləti sarsıdıb dağıtmaq və ya parçalamaq idi. Bu da olmazsa, Ukraynanın Şərqində Novorossiya adlı bir separat, oyuncaq bölgə yaratmaq idi. Məsələn, Qarabağ, Cənubi Osetiya kimi. Amma bunların heç biri Putində alınmadı…”
COMMENTS