“İmarət” Qaranı təhqir etməsinə haqq qazandırdı

“İmarət” Qaranı təhqir etməsinə haqq qazandırdı

“İmarət” azarkeş qrupu “Neftçi” – “Qarabağ” (0:4) matçından sonra meydan sahiblərinin futbolçusu Qara Qarayevi təhqir edib. “Qafqazinfo” xəbər verir ki, fanatlar sabiq oyunçuları haqqında əzəli rəqibinə keçdiyinə görə qeyri-etik ifadələr səsləndirib. 

Buna görə fan klub tənqid hədəfinə tuş gəlib və hər kəs Qara Qarayevə dəstək olub. Maraqlısı budur ki, “İmarət” azarkeş qrupunun səhifəsində edilən paylaşımda futbolçunun təhqir edilməsinə haqq qazandırılıb:

“Qarayev, Qarayev, Qara Qarayev, “Qarabağ”ın igidi Qara Qarayev” – vaxtı var idi bu şüarı səsləndirən də “İmarət” idi. Futbolçuya karyerası boyu ən böyük dəstəyi də elə azarkeşlər verir.  Qara bizim sevimli futbolçumuz olub və geydiyi formanın haqqını verib. Nə Qara, nə də başqa futbolçu ilə azarkeşin şəxsi ədavəti, prinsipi ola bilməz. O cümlədən təhqirə məruz qala bilməz. Qara Qarayev əfsanəsi ola biləcəyi klubdan çıxıb həmin klubun əzəli rəqibi olan “Nefçi”ni seçəndə, həmin klubun azarkeşlərinin də onu meydanda görəndə xoş qarşılamayacağına hazır olmalı idi.

Heç bir futbolçu və ya futbol adamı “İmarət” tribunasına yaxınlaşıb barmaqla heç kəsi hədələyə bilməz. Hədələyəcəksə olacağı budur. Bəli, kaş ki, olmazdı. Ancaq olubsa, bu tribunada da olub, bitib. Qaraya dəstək olanlara da “Neftçi Arena”ya getməklərini məsləhət görürük. Futbolçuya stadionda dəstək olmaq lazımdı, sosial şəbəkədə yox”.

COMMENTS