İmişli sakini döş qəfəsindən bıçaqlanıb

İmişli sakini döş qəfəsindən bıçaqlanıb

İmişlı şəhərinin “Depo” deyilən ərazisində bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Həmzəyev Səlim Qara oğlu döş qəfəsindən bir neçə bıçaq zərbəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Ağır vəziyyətdə və çoxlu qan itirən yaralı əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS