Top.Mail.Ru

İmişli sakini tanışını güllələdi

İmişli sakini tanışını güllələdi

İmişli rayon sakini ehtiyatsızlıqdan öz tanışını odlu silahla yaralayıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Bəhrəmtəpə qəsəbəsi ərazisindəki süni gölün ətrafında qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1990-cı il təvəllüdlü Ənvər Abuzər oğlu Sadıqov “MR-27” markalı ov tüfəngi ilə quşa atəş açan zaman güllə tanışı, 1992-ci il təvəllüdlü Röyal İlqar oğlu İbrahimliyə dəyib. Yaralının Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS