İyulun 4-də səhər saatlarında İmişlinin Aranlı kəndində sakinlər etiraz olaraq mal-qarasını örüşə yox, bələdiyyə idarəsinin qarşısına sürüb. Onların etirazına səbəb əhalinin ümumi istifadəsində olan örüş sahəsinin satılmasıdır.
Sakinlər “Azadlıq” radiosuna deyiblər ki, illərdir kəndin mal-qarası bu örüşlərdə otarılır.
“Örüş yerlərinin əldən çıxması kənd camaatının dolanışıq yeri olan mal-qarasını itirməyə gətirib çıxaracaq” – aksiya iştirakçılaır deyib.
Kəndə polis və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib.
Rayon rəhbərlyinin və yerli bələdiyyənin etiraz aksiyasında qaldırılan tələbə hansı reaksiyanı verdiyi hələ bəlli deyil.
COMMENTS