İmişlidə “nazirlik” əməkdaşının dələduzluğu və “ağsaqqal” sövdələşməsi-ŞİKAYƏT

İmişlidə “nazirlik” əməkdaşının dələduzluğu və “ağsaqqal” sövdələşməsi-ŞİKAYƏT

Bir neçə gün öncə redaksiyamıza İmişli rayon sakini Abışova Aytac Elxan qızı tərəfindən şikayət məktubu daxil olmuşdur.

Belə ki, vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı tərəfindən aldadıldığını öz şikayət məktubunda qeyd edərək bizdən yardım istəyib. DOSYE.ORG olaraq məsələni dərindən araşdırmaq üçün özünü yuxarıda qeyd edilən nazirliyin əməkdaşı kimi tədim edən Miriyev Mirağa Miri oğlu ilə əlaqə yaratdıq.

Telefonumuza cavab verən şəxs özünü M. Miriyevin ağsaqqalı olduğunu söyləyərək şikayətçinin problemini tez bir zamanda həll edəcəyinə dair vədlər verdi. Onu da diqqətinizə çatdıraq ki, saytımızda yayımlanan “Nazirliyin əməkdaşı dələduzluqla məşğuldur?” başlıqlı məqalə yayımlandıqdan sonra “ağsaqqalın” xahişindən sonra silindi.

Sən demə həmən “ağsaqqal” elə Mirağa Miriyevin özü imiş. Sadəcə əməkdaşımızı inandırmaq üçün “ağsaqqal” vesindən məharətlə istifadə etdi. Bizi inandıran “ağsaqqal” sonradan şikayətçi A. Abışovaya yalan vədlər verməyə başlayıb. Təki yuxarı dairələrə şikayət etməsin.

Nəzərinizə çatdıraq ki, Miriyev Mirağa özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əməkdaşı kimi təqdim edib və Aytac Abışovadan işə düzəltmək adı ilə 1700 manat pul alıb. Şikayətçi aldandığını bildikdən sonra pulunu geri tələb edir. Lakin “nazirlik əməkdaşı” hər dəfə bir bəhanə ilə aldığı pulu geri qaytarmayıb.

DOSYE.ORG olaraq adı hallanan nazirliyə və Baş Prokurorluğa müraciət etmək üçün addımlar atılacaq. Bütün bunları nəzərə alıb vətəndaşlardan xahiş olunur ki, Miriyev Mirağa Miri oğlu tərəfindən dələduzluğa məruz qalan vətəndaşlar saytımızım elektron ünvanına rəsmi müraciət etsinlər.

DOSYE.ORG

COMMENTS