İmişlini bürüyən bəla

İmişlini bürüyən bəla

Rayonda heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb

 

İmişli rayonunda heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb.

Anspress-in verdiyi məlumata görə, virus mənşəli xəstəlik heyvanlara yoluxduqdan bir neçə gün sonra onu zəiflədir. Virusa yoluxan iribuynuzlu heyvanın dərisində yumru vəzilər əmələ gəlir. Ağzından selikli su axır və temperaturu yüksəlir.

Nəticədə ayaqları tutulmaqla qidadan qalan heyvan məhv olur. Rayonun Ağaməmmədli kənd sakini Əliağa Bayramov təsərrüfatında xəstəliyə yoluxan heyvanlardan artıq ikisi ölüb. Ölən heyvanlardan birinin balası da bu xəstəliyə yoluxub.

Rayonda olan 49 təsərrüfatın 10-da heyvanlar arasında bu xəstəlik yayılıb və 82 baş heyvan bu virusun daşıyıcısıdır.

Rayon Baytarlıq idarəsinin rəisi Orucəli Qasımov bildirib ki, hazırda xəstəliyin qarşısını almaq üçün işlərə başlayıb.

“Hazırda xəstəlik müşahidə olunan ərazilərdə baytarlıq idarəsi tərəfindən dezinfeksiya işləri aparılır”, – deyə Orucəli Qasımov bildirib.

Qeyd edək ki, bu virus bəzi bölgələrdə də qeydə alınmışdı.

COMMENTS