İmişlinin icra başçısı vəzifəsindən gedir

Bunu Vilyam Hacıyevin yaxın adamlarına dediyi iddia olunur, Şəhidlər Xiyabanındakı qanunsuz tikinti işləri isə FHN tərəfindən dayandırıldı

İmişli rayonunun icra başçısı Vilyam Hacıyevin yaxın günlərdə vəzifəsindən çıxarılacağı məlumatı yayılıb. JAM.AZ xəbər verir ki, hətta bu məlumatın elə icra başçısı Vilyaam Hacıyev tərəfindən gündəmə gətirildiyi də iddia olunur.

Məlumatlara görə, Hacıyev yaxın ətrafına bildirib ki, bir neçə günə rayondan birdəfəlik gedə bilər və onun işdən çıxarılması artıq qətiləşib.

JAM.AZ-ın əldə etdiyi bir başqa məlumat isə rayondakı Şəhidlər Xiyabanı ilə bağlı qalmaqaldır. Rayon sakini Saleh Qafarlı bununla bağlı yazıb ki, İmişlidəki Şəhidlər Xiyabanında «Mərasim Evi» adı altında aparılan tikinti işləri üçün FHN-in əməkdaşları martın 5-də rayonda olublar. Onların Şəhidlər Xiyabanında tikinti işlərinin aparılmasının qanunsuz olduğu və mövcud tikintinin sökülməsini əmr etdikləri də verilən məlumatlar sırasındadır. Nazirlik İmişli İcra Hakimiyyətindən tələb edib ki, əgər işlər dayandırılmasa, böyük miqdarda cərimə ediləcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

COMMENTS