Azərbaycan I Liqasında mübarizə aparan “İmişli”nin yeni baş məşqçisi müəyyənləşib.
QOL.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda Fərid Namazova tapşırılıb.
O, karyerası ərzində “Səbail” və “Qarabağ”da, həmçinin U-19 milli komandamızda məşqçi kimi çalışıb. F.Namazov AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi də fəaliyyət göstərib.
Qeyd edək ki, son mövsümü I Liqada dördüncü pillədə başa vuran “İmişli” bir müddət əvvəl baş məşqçi Əsgər Abdullayevlə yollarını ayırıb.
COMMENTS