İnanılmaz mənzərə: Karantini pozmamaq üçün ərini it kimi…

İnanılmaz mənzərə: Karantini pozmamaq üçün ərini it kimi…

Kanadada koronavirus məhdudiyyətlərini pozmamaq üçün bir qadının istifadə etdiyi üsul görənləri heyrətə salıb.

Hadisə Quebec əyalətinin Şerbrooke bölgəsində yaşanıb.

Ölkədə çölə çıxmağın yeganə qanuni yolu it gəzdirməkdir. İti gəzintiyə çıxarmaq sərbəst olduğu üçün qadın ərinin boğazına xalta taxaraq küçəyə çıxıb.

Polis idarəsinə gətirilən qadın “ Köpəyimi gəzdirirəm. Bu, təbii bir şeydir” deyə ifadə verib.

Ancaq cəzadan qaça bilməyən cütlüyə adambaşına 1200 dollar cərimə kəsilib.

Qeyd edək ki, Quebec əyalətində axşam 20:00-dan səhər 05:00-ə qədər komendant saatı elan olunub. Ölkədə tətbiq edilən karantin qaydalarına görə, sözügedən saatlarda köpəyi evin yaxınlığında gəzintiyə çıxarmaq çölə çıxmaq üçün yeganə qanuni səbəbdir.

DOSYE.ORG

COMMENTS