Ermənilər Xankəndində Azərbaycanın Milli Qəhrəmanının qəbrini dağıtdılar


Ermənilər Xankəndində Azərbaycanın Milli Qəhrəmanının qəbrini dağıtdılar

Font ölçüsü

Ermənistanın işğalçı ordusu Azərbaycanın işğal altında olan torpaqlarında – Ağdamda daha bir misli görünməmiş, insanlıq əleyhinə vandalizm aktı həyata keçiriblər. Müharibə dövrünün yazılmamış qanunlarının kobud şəkildə pozulması hiddət və dərin təəssüf hissi doğurur.

Ağdamın işğalı günü işğalçı ordunun əsgərləri Ağdamda Azərbaycanın Milli Qəhrəmanı, Ağdamda könüllülər batalyonunun ilk komandiri Allahverdi Bağırovun məzar daşını götürüblər və onu işğal altında olan Xankəndinə aparıblar. Daha sonra abidəni kütləvi şəkildə təhqir ediblər və dağıdıblar. Bu barədə dünən məşhur erməni bloger, Ermənistan Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan Arşak Zakaryan yazıb və bu vandalizm aktının videogörüntülərini yayımlayıb.

Allahverdi Bağırov 1946-cı ilin aprel ayının 22-də Ağdamda anadan olub. 1965-ci ildə məktəbi bitirdikdən sonra idmanla məşğul olub. Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi olub. Xocalı qoyqırımı vaxtı xeyli yerli sakini xilas edə bilib. Aranzamin, Naxiçevanik, Dəhrəz, Ağbulaq vı Pircamal kəndlərinin geri alınmasında iştirak edib.

1992-ci ilin aprel ayınəın 12-də A.Bağırovun maşını minaya düşərək partlayıb. O və avtomobilin sürücüsü həlak olublar. Azərbaycan Resöpublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli fərmanı ilə Allahverdi Bağırova ölümündəmn sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.