“İndiki Azərbaycan millisinə qarşı oynamaq daha çətindir”

“İndiki Azərbaycan millisinə qarşı oynamaq daha çətindir”

“Komandanın əhval-ruhiyyəsi yaxşıdır. Yeni seçmə mərhələ başlayır və qarşımızda yeni tapşırıqlar var. Onları yerinə yetirməyə çalışacağıq”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin müdafiəçisi Vasili Berezutski ölkəsinin mətbuatına açıqlamasında deyib.

 

Sabah millimizlə keçirəcəkləri yoldaşlıq görüşü haqda fikirlərini bölüşən təcrübəli futbolçu Azərbaycan yığmasının taktiki cəhətdən yaxşı komanda olduğunu bildirib:

 

“Azərbaycan millisi taktiki cəhətdən yaxşı komandadır. Səkkiz-doqquz il öncə ilə müqayisədə indi bu komandaya qarşı oynamaq daha çətindir.

 

Azərbaycan millisini yenə də avropalı məşqçilər çalışdırır. Bu mənada oyun bizim üçün asan olmayacaq. Dünya çempionatında zəif rəqib olmadığını gördük”.

 

Qeyd edək ki, sabah “Ximki Arena”da keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

COMMENTS