İndoneziyada daha bir terror – 7 nəfər öldü

İndoneziyada daha bir terror – 7 nəfər öldü

İndoneziyanın Surabaya şəhərində polis məntəqəsinin girişində partlayış baş verib.

Modern.az-ın məlumatına görə, iki motosiklet polis məntəqəsinin girişinə yaxınlaşıb və daha sonra onlardan biri partlayıb. Partlayış nəticəsində 7 nəfər həlak olub.

Qeyd edək ki, bu partlayış son 2 gün ərzində Surabaya şəhərində baş verən 4-cü partlayışdır. Ötən gün şəhərdə 3 kilsə partladılıb. Partlayışlar nəticəsində 13 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Dosye.org

COMMENTS