İndoneziyada İŞİD həyəcanı

İndoneziya polisi, İraq Şam İslam Dövləti (İŞİD) təşkilatına yönəlik əməliyyatlar çərçivəsində, təşkilatla əlaqəli adamları təsbit edə bilmək üçün ölkə daxilində təhlükəsizlik tədbirlərini artırdı

 

Dosye.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkədə son günlərdə artan İŞİD təbliğatları ilə həftə sonu Sülewasi Adasındakı Makassar əyalətində İŞİD-lə əlaqələri olduğu iddiasıyla 4 Çin vətəndaşı və 3 indonezyalının nəzarətə alınmasının ardından polis hərəkətə keçdi.

Polis bəzi bölgələrdə qurulan nəzarət nöqtələrində maşınlarda axtarış aparıb. Axtarış nəticəsində bir çox avtomobildən silah və kəsici alət tapılıb.

Polis komandiri Satlantas Polresta, axtarışların davam edəcəyini ifadə edərək, İŞİD-lə əlaqəli olan şəxləri müəyyən etmək üçün nəzarət məntəqələri yaradıldığını bildirib.

Xatırladaq ki,İndoneziya Xarici İşlər Nazirliyi, İŞİD-ə qatılmaq üçün 53 indonezyalının İraq və Suriyaya getdiyini açıqlamış, təşkilata qatılmaq üçün ölkəni tərk edənlərin vətəndaşlıqdan çıxarılacağını bildirmişdi.

COMMENTS