İndoneziyada vulkan səbəbindən 10 minə yaxın insan təxliyə edilib

İndoneziyanın Sumatra adasının şimalında yerləşən yaşayış məntəqələrindən təqribən 10 minə yaxın insan Sinabunq vulkanının püskürməsindən sonra təxliyə edilib.

Dosye.org  xəbər verir ki, bu barədə “Detick” xəbər portalı məlumat yayıb.

Hazırda yerli hakimiyyət orqanları vulkanın kraterindən 7 km. məsafədə ərazini tam olaraq bağlayıblar. Birinci kül püskürməsi avqustun 24-də qeydə alınıb, gün ərzində vulkan fəallığını davam etdirib, havaya qalxan tüstünün və qızmar hissəciklərin hündürlüyü 3,5 km.-ə çatıb.

Sinabunq fəaliyyətdə olan vulkan hesab edilir, o, dəniz səviyyəsindən 2460 metr yüksəklikdə yerləşir.

Dosye.org

COMMENTS