İndoneziyalı jurnalistlər Mətbuat Şurasında – Foto

Bu gün İndoneziyadan olan bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasında olub.

Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumata görə, şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İndoneziya və Azərbaycan arasında müxtəlif sahələrdə dinamik əlaqələr mövcuddur. Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı obyektiv ictimai rəyin formalaşmasına çalışır, eyni zamanda Dağlıq Qarabağ münaqişəsində Azərbaycana fəal dəstəyi ilə seçilir.

“Ancaq hər iki ölkə xalqlarının bir-biri ilə daha sıx təmaslarına ehtiyac var. Bunun üçün isə media müstəvisində əməkdaşlıq xüsusilə vacibdir. İnanıram ki, sizlərin Azərbaycana səfəri mövcud xüsusda son dərəcə vacibdir. Azərbaycanda müxtəlif görüşlər keçirəcəksiniz, bölgələrimizə səfərləriniz olacaq. İnanıram ki, müfəssəl informasiya toplayıb çalışdığınız kütləvi informasiya vasitələrində yayacaqsınız”, – deyən Ə.Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə də məlumat verib. O bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış şura sıralarında ölkənin tanınmış, ictimai rəyə təsir göstərən media orqanlarını, jurnalist təşkilatlarını birləşdirir.

Görüşdə qonaqların Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti, KİV-lərin qeydiyyatı məsələləri, peşə etikasının gözlənilməsi sahəsində durumla bağlı sualları cavablandırılıb, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dosye.org

COMMENTS