İnsan orqanlarının “alverçiləri” tutuldu

Ukrayna Milli Təhlükəsizlik Xidməti milislə birlikdə Kiyevdə insan orqanlarının satışı üzrə ixtisaslaşan beynəlxalq qruplaşmanın iki üzvünü saxlayıb.

Publika.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, cinayətkarlar aztəminatlı ailələrin üzvlərini aldadaraq qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Cənubi Amerika ölkələrinə göndəriblər.

Məlum olub ki, cinayətkarlar 4 il (2010-2014) ərzində xaricə təxminən 50 insanı göndərə bilib. Bunlar yalnız Ukrayna deyil, həm də Azərbaycan, Ermənistan, Litva və Rusiya Federasiyası vətəndaşlarıdır. Xəbərdə bildirilir ki, Ukraynada donor olaraq yalnız yaxın qohumlar çıxış edə bilərlər.

İsitintaqın məlumatına görə, 25 qanunsuz əməliyyatlardan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və Kosovoda keçirib.

Xəbərdə xatırladılır ki, 2010-cu ildə Kiyevdəki A.Şalimova adına İnstitutun üç transplantoloq həkimi saxlanılıb. İki əməliyyat institutunun özündə edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həkimlər cinayətkar qruplaşmanın tərkibinə daxil idilər. 2013-cü ildə paytaxtın Obolonski rayon məhkəməsi “qara transplantasiya” işini bağlayıb.

Cinayətkar qruplaşmanın rəhbərinin tibbi təhsili olmayan İsrail vətəndaşının olduğu bildirilir.

Tutulan şəxslər barəsində Ukrayna Cinayət Məcəlləsinin 149-cu maddəsi üzrə cinayət işi başlayıb.

COMMENTS