İnsanlar virusa daha çox bu yerlərdə yoluxur

İnsanlar virusa daha çox bu yerlərdə yoluxur

Rusiyada hər gün kovidə yoluxanlar və ölənlərin sayı artır. Ekspertlər artıq dördüncü dalğanın başladığını bildirir.

Dosye.org Medicina.az-a istinadən xəbər verir ki, immunoloq həkim, professor Andrey Prodeus insanların ən çox işdə, restoranda və evdə virusa yoluxduğunu açıqlayıb:

“Virus insandan insana yaxın məsafədən, qapalı yerdə, ağzı maskasız ünsiyyət və danışıq zamanı hava-damcıların ətrafa yayılmasından yoluxur. Bu isə daha çox evlərdə, ofislərdə mümkündür. Yoluxduruculuq üçün insanın 15 dəqiqə xəstə yanında ağzı açıq dayanıb söhbət etməsi kifayətdir.

Ona görə də çöldə, avtobusda maska taxdım, əllərimi yumuşam, mənə virus keçməz deyirsizsə, yanılırsız. Siz ağlınıza gəlməyən yaxın bir adamdan yoluxursuz. Bu sizin ətrafınızdır. Ona görə peyvəndlənin ki, evdə, işdə rahat olasız”.

DOSYE.ORG

COMMENTS