İnterpol bu azərbaycanlını tutdu

İnterpol bu azərbaycanlını tutdu

“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.

Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında “İnterpol”da axtarılanlar siyahısındadır. Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir.

COMMENTS