“İnterpol”un həbs etdiyi qadının Bakıda məhkəməsi başlayır

“İnterpol”un həbs etdiyi qadının Bakıda məhkəməsi başlayır

İnsan alverində təqsirləndirilən Zenfirə Şahbala qızı Beydiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rasim Sadıxovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Şirvan şəhər sakini, 46 yaşlı Z.Beydiyeva 2016-cı ildə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib. O, bu ilin may ayında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Ona Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

DOSYE.ORG

COMMENTS