İordaniya Fələstin torpaqlarını işğal edən yəhudi dövlətinin Qəzzada törətdiyi qətliamlara etiraz olaraq İsraildəki səfirini geri çağırıb.
Bu barədə noyabrın 1-də İordaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayılıb.
Diplomatik qurumun rəhbəri Ayman əs-Səfədi qeyd edib ki, səfir yalnız Qəzza zolağının bombalanmasır və humanitar böhran bitəndə qayıdacaq.
Nazirin sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyi də təhlükəsizlik tədbirləri ilə əlaqədar daha əvvəl İordaniyanı tərk etmiş nümayəndəsini Əmmana qaytarmamalıdır.
DOSYE.ORG
COMMENTS