Top.Mail.Ru

İqor Kosyagin və Sergey Mironov adı altında yayılan məlumatlarla bağlı mətbuat konfransı keçirilib

İqor Kosyagin və Sergey Mironov adı altında yayılan məlumatlarla bağlı mətbuat konfransı keçirilib

28 fevral 2020-ci il tarixində  AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) İqor Kosyagin və Sergey Mironov adı altında naməlum,  qondarma “şəxslər” tərəfindən Rəsədxana haqqında yayılan, həqiqəti əks etdirməyən məlumatlarla əlaqədar mətbuat konfransı keçirilib.

Tədbirin məqsədi Rəsədxananın işgüzar imicini məqsədli şəkildə korlamağa yönəlmiş əsassız ittihamlar ilə bağlı mövcud rəsmi sənədlər təqdim olunmaqla ŞAR-ın mövqeyini ictimaiyyətə çatdırmaq olub.

Mətbuat konfransında  əvvəlcə Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov  qonaqları bu məsələ ilə bağlı   ŞAR-ın rəsmi BƏYANATI ilə tanış etdi.

      Bəyanatda qeyd olunur ki, Şamaxı Astrofizika Rəsədxanası bu gün nəzəri elmi tədqiqatlarla yanaşı, müasir standartlara tam cavab verən üsul və metodlarla, səma cisimlərinin müşahidəsində dünyanın aparıcı rəsədxanalarında istifadə olunan analoji cihaz və qurğulardan istifadə etməklə  astrofizikanın aktual problemlərini həll etmək imkanı olan modern bir institutdur.

      Beynəlxalq “Clarivate Analytics” şirkəti tərəfindən keçirilmiş müsabiqə  nəticəsində 2018-ci ildə ŞAR Azərbaycan üzrə regional elmi müəssisələr arasında məhsuldarlığına görə birinci yerə layiq görülmüşdür.

      Aparılan məqsədyönlü elmi-təşkilati işlərin nəticəsidir ki, son illərdə ŞAR əməkdaşlarının impakt faktorlu elmi jurnallarda dərc olunmuş məqalələrinin  sayı 3 dəfə  artmışdır. Rəsədxananın beynəlxalq elmi əlaqələri son illərdə yüksək dinamika ilə inkişaf edir.

     Son illərdə ŞAR əvvəlcə Avropa Birliyinin Fp7 proqramı üzrə  meqaqrantını, daha sonra 2019-cu ildən Horizon 2020 qrant yayihəsinin qalibi olmuşdur. Bu qrant layihəsi çərçivəsində 4 il müddətində 5 Avropa və 3 Cənubi Amerika ölkələrindən olan astronomlarla birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

    Müasir astrofizika elminin inkişafı beynəlxalq elmi konsorsiumların yaradılmasını tələb edir. ŞAR da aktiv şəkildə belə beynəlxalq konsorsiumlarda iştirak etməyə başlamışdır (məsələn, GRANDMA və Gaia–Optikon proyektləri).

      ŞAR-ın  gənc tədqiqatçıları  Phd və Postdoc proqramları çərçivəsində Almaniya və Belçikanın elmi mərkəzlərində birgə elmi tədqiqat işləri aparırlar.

      Hal-hazırda yaxın kosmosda NANO peyklərin tətbiqi ilə astrofiziki eksperimentlərin həyata keçirilməsi  sahəsində işlər görülür.

      Son illərdə nail olduğumuz beynəlxalq elmi əməkdaşlıq imkanlarından yararlanaraq rəsədxanada aparılan  elmi tədqiqat işlərini keyfiyyətcə daha yüksək mərhələyə qaldirmaq üçün çalışdığımız bir vaxtda,  bu cür əsassız və şər dolu ittihamlarla üz-üzə qalmağımız  çox məyusedici haldır, deyə Namiq Cəlilov əlavə edib.

 Saxta, qondarma  İqor Kosyagin və Sergey Mironov adları altında naməlum şəxslər və ya şəxs, 15 sentayabr 2016-cı ildə ŞAR-ın direktoru tərəfindən Elmi Şuranın qəbul etdiyi qərar əsasında imzalanmış 188 saylı Əmrə istinad edərək öz qüsurlu şərhi ilə azərbaycan, rus və ingilis dillərində özünün qeyd etdiyi kimi 2000 –dən artıq ünvana, o cümlədən ŞAR-ın beynəlxalq səviyyədə elmi tərəfdaşlıq etdiyi institutlar və alimlərin elektron poçt ünvanlarına,  xarici ölkə səfirliklərinə müraciət ünvanlanmışdır. İqor Kosyagin və Sergey Mironov aysberqin görünən hissəsidir, əslində bu əsassız ittihamlar ilk dəfə ŞAR-ın ünvanına onun  keçmiş əməkdaşı Yanoş Məhərrəmov tərəfindən mediada ictimailəşdirilmişdir.

ŞAR-ın elmi katibi astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov Yanoş Məhərrəmovla bağlı konfliktin faktiki sənədlərə əsaslanan tarixçəsi barədə qonaqlara məlumat verdi (bu barədə ətraflı məlumatı resedxananın saytında yerləşdirilmiş BƏYANAT dan əldə edə bilərsiniz – www.shao.az/beyanat).

Daha sonra qeyd olunan ittihamlarla bağlı mövcud rəsmi sənədlərin nümunələri KİV nümayəndələrinə təqdim olunub, onları maraqlandırılan suallar cavablandırılıb.

Mətbuat konfransından sonra isə media nümayəndələri Rəsədxana ilə tanış olublar. İlk öncə rəsədxananın muzeyində olan mətbuat işçiləri daha sonra ŞAR-ın 2-m teleskopunun binasında olub. Burada onlara teleskopun iş prinsipi, texniki imkanları və burada aparılan elmi-tədqiqat işləri ilə bağlı geniş məlumat verilib.

Tədbirdə  20 -dən çox media nümayəndəsi iştirak edib.

DOSYE.ORG

COMMENTS