İqtidar- Müxalifət futbol komandaları arasında baş tutacaq oyun

İqtidar-müxalifət  futbol  komandaları  arasında qarşılaşma siyası oyun  deyil, sırf idman yarışmasıdır.

Komandaların baş məşqçiləri təyin edildikdən sonra hər iki komandanın start heyəti açıqlandı. İqtidar komandasının baş məşqçisi Siyavuş Novruzov və müxalifət komandasının baş məşqçisi Cəmil Həsənli qələbə əzmi ilə meydançaya çıxacaqlarını bildirdilər. Belə ki, hər iki komandanın start heyətlərini təqdim edirik.  

Qapıda “qaçqınkon” ləqəbi ilə tanınan Əli Həsənov duracaq. Müdafiədə Fəzail Ağamalı, Fazil Mustafa və Hüseyqulu Bağırov mübarizə aparacaq. Mərkəz çox güman ki, Hacıbala Abutalıbova etibar ediləcək. Orta xətdə Fazil Məmmədov, Samir Şərifov , Ziyafət Əsgərov və Rövnəq Abdullayev rəqibin qarşısını almağa çalışacaqlar. Hüçümda Oktay Əsədovla , Elmar Məmmədyarov mübarizə aparacaq.

Heyətdə dəyişilik baş verməsə açıqlanan heyyət Siyavuş Novruzovun başçılığı altında meydana daxil olacaq. İqtidar komandasında fiziki hazırlığın yüksək səviyyədə olmadığı indidən söyləmək olar. Digər tərəfdən komandada artıq çəki problemi Siyavuş Novruzovu harahat etməyə bilməz. Tofiq Bəhrəmov adına mərkəzi stadionda məşqə çıxan iqtidar komandasının futbolçuları fiziki hazırlığa daha çox üstünlük verir.

Lakin komandanın xətlərarası əlaqələrin yüksək səviyyədə olması sevindirici haldır. İndi də rəqib komandanın heyyətinə nəzər salaq. Qapı çox güman ki, Həsən Kərimova etibar ediləcək. Müxalifət futbol komandasının müdafiə xəttində Fuad Qəhrəmanlı, Seymur Həzi, Əbulfəz Qurbanlı  kimi gənc və prespektivli  futbolçular mübarizə aparacaaq.

Mərkəz müdafiə xətti  isə ölkə xaricində legioner həyatı yaşayan Qənimət Zahid , Tofiq Yaqublu və  Eldar Namazova etibar ediləcək. Hücümçüları topla təmin etmək və onları zərbə mövqeyinə çıxartmaq isə,  Mirzə Sakitlə Rəhim Qazıyevə  tapşırılacağı gözlənilir. Xatırladaq ki, Mirzə Sakit Belçikada legioner həyatı yaşayır. Hücümda xarici futbol komandaların maraq dairəsinə düşən, lakin sənətlərini tam bərpa edə bilməyən Əli Kərimli və İlham Hüseyn amansız mübarizə aparacaq.

Müxalifət futbol komandasında ehtiyat oyunçular skamiyasında kifaət qədər gənc oyunçular yer alır. Komandanın öz bazası olmadığı üçün sərəncamlarına Nərimanov parkı, fəvvaralar meydanı təklif edilir. Baş məşqçi Cəmil Həsənli mətbuat konfrasında bir daha vurğuladı ki, iqtidar yüksək səviyyəli meydançalarda məşq keçirdiyi anlar, müxalifət asvalt döşəmə üzərində məşq edir.

Bütün bunlara baxmayaraq komandam yüksək əhval-rühiyyə ilə mübarizə aparmaq gücündədir. Oyunla bağlı mütəxəsislərin də fikirləri maraqlı oldu. Peşəkar futbol karyerasını başa vuran Ağasəlim Mircavadovun dediyinə görə, iqtidar komandasının müdafiəçiləri bir an belə Əli Kərimlini nəzarətsiz buraxmamalıdır. Əks təqdirdə komandanın təcrübəli qapıçısı Əli Həsənov çətin duruma düşəcək. Bu hücümçü Hacıbala Abutalıbova tapşırılsa nəticə gözləməyə dəyər.

COMMENTS