İrəvan 43 gündür sülh təkliflərinə cavab vermir – RƏSMİ

İrəvan 43 gündür sülh təkliflərinə cavab vermir – RƏSMİ

Ermənistan sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməyib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmiz əleyhinə 19 aprel tarixli bəyanatına dair şərhində deyilir.

“Ermənistan tərəfi nəinki danışıqlar prosesinə müxtəlif bəhanələrlə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüquq prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən məsələləri daxil etməyə cəhd edir, bununla da prosesi uzadır. Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməməsi də, bu ölkənin nəticə yönümlü danışlıqlarda maraqlı olmamasının nümunəsidir”, – XİN qeyd edib.

COMMENTS