Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq və itkiləri hətta ortamüddətli perspektivdə alternativ istiqamətlərlə əvəz etmək mümkün olmayacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Ermənistan tərəfinin rəsmi statistikasına görə, 2015-ci ildən Ermənistandan ixrac əsasən Rusiya istiqaməti hesabına 10 dəfə artıb. Həm də bunlar pay deyil, humanitar yardım deyil, erməni istehsalçılarının vicdanla qazandıqları pullardır”, – Zaxarova bildirib.
Onun sözlərinə görə, erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək, bütün bunlar ÜDM-in artım tempinin kəskin aşağı düşməsinə səbəb olacaq:
“Hesab edirəm ki, bu, sadəcə olaraq, bu gün qazanc və gəlirə deyil, inkişafa zərbə olacaq. Əgər istehsalın miqyasından, Ermənistanın əhalisindən danışsaq, bu, sadəcə olaraq, tam yoxsullaşmaya gətirib çıxara bilər”.
COMMENTS