“İrəvan Brüsseldə “satıldı”, bədəlini ödəyəcəyik” – Tevanyan

“İrəvan Brüsseldə “satıldı”, bədəlini ödəyəcəyik” – Tevanyan

“Aprelin 5-də Brüsseldə keçirilən görüşdə Ermənistanın ukraynalaşdırılmasının qiymətini dəqiqləşdirdilər”.

DOSYE.ORG Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin keçmiş deputatı Andranik Tevanyan deyib.

Tevanyan bildirib ki, ABŞ, Aİ və Ermənistan rəsmiləri arasında keçirilən görüşün nəticəsi İrəvan üçün yaxşı olmayacaq:

“Brüsseldə Ermənistan üzərindən Rusiya və İrana qarşı danışıqlar aparıldı. İrəvan bunun bədələni ödəyəcək, Bakı isə fayda götürəcək. Hər kəs öz mənafeyini güdür. Onlar maraqlarını bizim üzərimizdən təmin etməyə çalışırlar. Bizim üçün müsbət heç nə olmayacaq. Artıq məsələ Qarabağ da deyil. O mövzu elə Qərb tərəfindən 2022-ci ildə Praqada imzalanan sənədlə bağlandı. Brüsseldə açıqlanan 270 milyon isə Ermənistana verilən dəyər idi”.

COMMENTS