Top.Mail.Ru

İrəvan işğaldan əl çəkir? – Gizli danışıqlar…

İrəvan işğaldan əl çəkir? – Gizli danışıqlar…

Ermənistandakı hazırki hökumət hakimiyyətdə qalmağa davam edərsə, həm özünü, həm də Ermənistanı məhv edəcək. Bu, bütövlükdə Ermənistanın dövlətçiliyinə təhdiddir. Buna görə Paşinyan və onun komandasının hakimiyyətdən getməsi respublikanın siyasi qüvvələrinin gündəmində olmalıdır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Aysor.am” saytı yayıb. Məqalədə bildirilib ki, Ermənistanda iki il ərzində Paşinyanın ailəsinin və bir qrup dövlət məmurunun rifahının yaxşılaşması istisna olmaqla, ölkənin bütün sahələrində uğursuzluqlar qeydə alınıb.

“Uğursuzluqlar hər yerdədir: iqtisadiyyatdan tutmuş xarici siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həllindən tutmuş koronavirusla mübarizəyə qədər. Xarici siyasətdəki uğursuzluqlar Rusiya yönündə daha çox gözə çarpır – Sergey Lavrovun verdiyi açıqlamalar, Ermənistan liderinin Ağ Evə girməsinə belə icazə verilmədiyi məqam və Nikolun ümumiyətlə səfərlərinin turist ziyarətlərinə bənzəməsi, orta vəzifəli şəxslərlə görüşü bunları təsdiqləyir. Qarabağ məsələsi barədə danışmağa isə ehtiyac qalmır, çünki danışıqlar masasında sənədin olması səbəbindən Paşinyanın böyük yalanı üzə çıxdı. Əslində, Nikol Paşinyan gizli danışıqlar zamanı Dağlıq Qarabağ məsələsində güzəştə (İşğal altında olan Qarabağdan Ermənistan qoşunlarının geri çəkilməsi nəzərdə tutulur – red.) getməyə razılıq verib”, – deyə məqalədə qeyd edilib.

DOSYE.ORG

COMMENTS