İrəvan Bakı ilə Vaşinqtonda üçtərəfli formatda görüşün keçirilməsinə razılıq verib.
Yenisbah.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Ermənistan Vaşinqtonda görüş keçirməyə razılıq verib. Bütün tərəflər arasında yekun razılıq əldə olunandan sonra Ermənistan bu görüşə getməyə hazırdır”, – deyə Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində deyib.
O qeyd edib ki, bu məsələ bazar ertəsi Yerevanda ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşdə müzakirə olunub.
“Görüşün məqsədi Vaşinqtonda üçtərəfli formatda danışıqları davam etdirmək və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyişə nail olmaqdır”, – Qriqoryan bildirib.
COMMENTS