İrəvanda daha bir revanşist deputat saxlanıldı – Döyə-döyə aparıblar

İrəvanda daha bir revanşist deputat saxlanıldı – Döyə-döyə aparıblar

İrəvanda keşiş Baqrat Qalstanyanın başlatdığı etiraz aksiyalarında daha bir deputat həbs olunub.

“AzPolitika” xəbər verir ki, saxlanılanlar arasında Koçaryan-Sarqsyan cütlüyünün “Ermənistan” blokundan olan deputatı Aşot Simonyan da var. Polisin onu döyə-döyə həbs etdiyi bildirilir.

Simonyan öz maşını ilə yolu kəsib. İnternetdə polisin deputat Aşot Simonyanı həbs etməyə çalışarkən necə vurduğunu əks etdirən videomaterial peyda olub.

Öz növbəsində polis deputatın həbs edilməsi faktı ilə bağlı xidməti araşdırmaya göstəriş verildiyini bildirib.

COMMENTS