İrəvanda etirazçılar Lavrovu təhqir etdilər

İrəvanda etirazçılar Lavrovu təhqir etdilər

İrəvanda Rusiya XİN rəhbərinin səfərinə təşkil olunmuş yürüş başa çatıb.

Dosye.org News.am-a istinadən xəbər verir ki, bu barədə aksiya təşkilatçıları məlumat veriblər.

Etirazçılar polislə danışıqlardan sonra Rusiya səfirliyi qarşısında simvolik “hədiyyə” – karton qutuda köhnə ayaqqabı və “molotov kokteyli” şüşəsi qoyublar.

Aksiya iştirakçıları bildiriblər ki, ayaqqabı “qana bulnamış Rusiya çəkməsinin” rəmzidir.

***

İrəvanın Azadlıq meydanından Ermənistan XİN və Rusiya səfirliyinin binalarının qarşısına yürüş başlayıb.

Dosye.org News.am-a istinadən xəbər verir ki, yürüş iştirakçıları Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü ərəfəsində öz tələblərini irəli sürmək niyyətindədirlər.

Qeyd edək ki, artıq Facebook səhifəsində yayılan bəyanatda bildirilir ki, Serqey Lavrovun İrəvanda Ermənistan höküməti ilə Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planının müzakirəsi zamanı, etiraz aksiyası təşkil olunacaq və “DQR”in tanınması və Rusiyanın Azərbaycana silah satışının dayandırması tələbləri irəli sürüləcək.

Dosye.org

COMMENTS