Hafta.az- ın 1in.am-a istinadən verdiyi xəbərə görə, 22 iyun iğtişaşları zamanı ağır yaralanan 27 yaşlı “Barilyus” qəzetinin motomüxbiri Aram Aravelyan bu gün səhər saatlarında ölüb.
Onun baş – beyin zədələnməsindən öldüyü bildirilir. Hadisə ilə bağlı İrəvan prokurorluğunda cinayət işi açılıb. Avarelyanın hadisə günü polis tərəfindən döyüldüyü və xəstəxanaya geüc çatdırıldığı bildirilir.
Hələ də İrəvan küçələrində sipər çəkən insanlar hadisəni eşidəndən sonra dövlət xəstəxananın önünə axın ediblər. Onlar Aram Aravelyanın ölümündə Serjik rejimini günahlandırıblar. Hətta etirazçılar “Serjik, Aram işıq üçün öldü”, “İşıq üçün ölümə gedəcəyik”, “Sən qatilsən Serj” kimi bəyanat və şüarlar səsləndiriblər.
Qeyd edək ki, 21 iyundan bəri davam edən İrəvan mitinqlərində 371 nəfər həbs olunub. Həlak olan 27 yaşlı “Barilyus” qəzetinin motomüxbiri Aram Aravelyan enerji tarifləri mitinqlərinin ilk qurbanıdır.
COMMENTS