İrəvanda mitinq var: müxalifət də hazırlaşır, hakimiyyət də…

Bu gün yerli vaxtla saat 19:30 müxalifət Yerevanın mərkəzində növbəti mitinqə toplaşır.

Virtualaz.org bildirir ki, bu barədə məlumat bir neçə gün əvvəl açıqlanıb.

Amma görünür, ona hazırlaşan təkcə müxalifət deyil. Çünki bu səhər mitinq təşkilatçılarının bəziləri öz avtomobillərini park etdikləri yerdə şüşələri sınmış, şinləri deşilmiş və üstünə müxtəlif rəngli boyalar atılmış halda tapıblar.

COMMENTS