İrəvandakı aksiyada 10 nəfər saxlanılıb

İrəvandakı aksiyada 10 nəfər saxlanılıb

İrəvanda Qarabağ nümayəndəliyi yaxınlığında 10 etirazçı saxlanılıb.

Faktla bağlı xidməti vəzifələrini yerinə yetirən şəxslərə qarşı zorakılıq, xüsusilə külli miqdarda oğurluq maddələri ilə cinayət işi başlanıb.

Cümə günü, oktyabrın 20-də İrəvandakı Qarabağ nümayəndəliyi yaxınlığında keçirilən aksiyada saxlanılanlar barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Aksiya nəticəsində hüquq-mühafizə orqanlarına binanın həyətində dava-dalaş olması, bir nəfərin döyülməsi, yaxınlıqda dayanmış “Toyota” markalı avtomobilə də ziyan dəyməsi, ondan külli miqdarda pul və mobil telefonun oğurlanması barədə məlumat daxil olub. , və avtomobilin nömrələri çıxarılıb.

DOSYE.ORG

COMMENTS