İrəvan apteklərində Azərbaycan dərmanları satılır – Erməni alıcı

İrəvan apteklərində Azərbaycan dərmanları satılır – Erməni alıcı

«Bu gün dərman alıram, amma onun təlimatı Azərbaycan dilindədir» – aprelin 19-da erməni alıcı Kara Avestiyan özünün «Feysbuk» səhifəsində yazıb.

«VERELQ» nəşrinin diqqətə çatdırdığı kimi, Ermənistan və Azəbaycan arasında münasibət yoxdur, Azərbaycan dilində markalanmış dərman vasitəsinin İrəvan apteklər şəbəkəsində görünməsi dərman vasitələrinin qeydiyyatı və markalanması üzrə Ermənistan qanunvericiliyinin pozulması deməkdir.

Mənbənin qeyd etdiyinə görə, ehtimal etmək olar ki, dərman Ermənistan apteklərinə qaçaqmalçılıq yolu ilə daxil olub.

İstənilən halda bu, qonşu Ermənistanda dərman qara bazarının çiçəklənməsinin əyani göstəricisi sayıla və Azərbaycana dərman vasitələrinin idxalı ilə məşğul olan subyektlər üçün bir siqnal rolunu oynaya bilər.

DOSYE.ORG

COMMENTS