İrəvan savaşa hazırlaşır

Ermənistan dünyada gedən iqtisadi müharibənin istənilən ssenarisinə hazır olmalıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan baş naziri Ovik Abramyan hökumət iclasında bildirib. Abramyanın fikrincə, Ermənistan bu “müharibə”də iştirak etmir, sadəcə, müşahidə edib mövqeyini müəyyən etməlidir.

Erməni mətbuatı bu fikirlə razılaşmır və Avrasiya İttifaqına girmiş rəsmi İrəvanın artıq çoxdan bu müharibədə cəbhə tutduğunu bildirir.

“Ermənistan antisivilizasiya qütbünü, yəni “zibillik qütbünü” seçib. Biz bu iqtisadi müharibədən yaxa qurtara bilməyəcəyik. Bu müharibədə Ermənistan dünya zibilliyinə atılacaq cəbhədə yer alır və o, həqiqi ölkələr və cəmiyətlər üçün bir tabu örnəyi olacaq”, – deyə Ermənistanın tanınmış jurnalisti Haykazn Qaqriyan bu barədə bu gün yazdığı məqaləsində bildirib.

COMMENTS