İrəvanda gecə güllə səsləri eşidilib

Ötən axşam İrəvanda yenə silahlı insident baş verib.

 

ANS PRESS-in məlumatına görə, Ermənistan polisinin mətbuat xidməti bu barədə məlumat yayıb. Hadisə axşam saatlarında baş verib. Bildirilir ki, polis bölməsinə atışma faktı ilə bağlı məlumat daxil olub. Məlumata görə, 51 yaşlı Suren diz nahiyəsində güllə yarası alıb.

 

Kişi bildirib ki, ona maşından atəş açılıb.

Keçirilən axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisə paytaxtın mərkəzi küçələrində birində yerləşən ofisdə baş verib. Sureni 53 yaşlı Arsen adlı şəxs güllələyib.

 

Sonda izahat verən cinayətkar təqsirini boynuna alıb və cinayətdə istifadə etdiyi silahı polisə təqdim edib. Tapança ekspertizaya verilib. Arsen isə saxlanılıb. İstintaq aparılır

COMMENTS